Ukrayna PUA-sı Türkiyədə partladı - FOTOLAR

Ukrayna PUA-sı Türkiyədə partladı - FOTOLAR

Trabzonun Vakfıkebir rayonunun Açıkalan məhəlləsinin kənd ərazisində pilotsuz uçuş aparatı (PUA) ağaca çırpılaraq partlayıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Aparılan ilkin texniki yoxlamalar zamanı PUA-nın içərisində təxminən 5 kiloqram partlayıcı maddə olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində pilotsuz uçuş aparatının mənşəyinin Ukraynaya aid olduğu təsdiqlənib. Hadisə yerli sakinlər arasında qısa müddətli təşviş yaradıb. Hazırda faktla bağlı genişmiqyaslı araşdırmalar davam etdirilir.