Azərbaycanda vəkil hoteldə bu səbəbdən ölüb – YENİLƏNİB

Azərbaycanda vəkil hoteldə bu səbəbdən ölüb – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Yevlax şəhərindəki “Həmdəm” otelində vəkil, 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimli dərmandan zəhərlənərək ölüb.

Elkin Kərimlinin üzv olduğu “Fortiori” vəkil bürosu məlumatı Axar.az-a təsdiqləyib.

***12:7

Yevlax rayonunda hotellərin birində ölüm hadisəsi baş verib.

NOCOMMENT.az qafqazinfo.az-a istinadən xəbər verir ki, noyabrın 4-ü saat 21 radələrində Yevlax şəhəri ərazisində yerləşən “Həmdəm” hotelindəki otaqda orada qalan Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.

Onun dərman həbləri içərək öldüyü məlum olub.

Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. O, Xətai rayonunda yerləşən “Fortiori” vəkil bürosunun üzvü olub.

Faktla bağlı araşdırma aparılır.