Bakı-Sumqayıt yolunda avtobus beton arakəsməyə çırpılıb, ölən və yaralananlar var – FOTO
Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.
Baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları cəlb olunub. Belə ki, yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.