Bakı Zooloji Parkında şirin şüşə qəfəsi qırdığı, meymun və pələngin qəfəsinin şüşəsini isə zədələdiyi iddia olunur.
NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Bakı Zooloji Parkının direkdoru Azər Hüseynovla əlaqə saxlayıb.
Direktor belə bir hadisənin baş verməsi barədə yayılan məlumatları təkzib edib: “Şirin şüşəsində heç bir problem yoxdur. Mütəxəssisləri göndərdim, gedib baxdılar. Dünən olsaydı, şüşə çatlayıb, qırılıbsa, bir günün içində dəyişmək olmazdı. Hazırda Zooloji Parkda şirlərlə bağlı heç bir problem yoxdur. Narahat olmayın”.












