Bakıda DƏHŞƏTLİ yanğın başladı - VİDEO

Bakıda DƏHŞƏTLİ yanğın başladı - VİDEO

Bakının Xəzər rayonu, Qala qəsəbəsində yanğın hadisəsi qeydə alınıb. Hadisə barədə məlumat və görüntülər sosial şəbəkələrdə yayılıb.

NOCOMMENT.azxəbər verir ki, şahidlərin verdiyi məlumata görə, alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hazırda alovun lokallaşdırılması və tam söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir. Hadisənin başvermə səbəbləri, eləcə də xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib.