Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,hadisə Əbdülvahab Salamzadə küçəsi 33 ünvanındakı keçmiş oyuncaq zavodunun ərazisində qeydə alınıb.
Hazırda mebel sexi kimi fəaliyyət göstərən obyekt qəfil alovlanmağa başlayıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin 6 texnikası və canlı briqadası cəlb edilib.
Ümumi sahəsi 100 kvadratmetr olan taxta sexinin 30 kvadratmetrdə olan taxta məmulatları yanıb.
Alovun bitişik sexlərə keçməsinin qarşısı alınıb.












