Biləsuvarda AĞIR QƏZA: 3 nəfər yaralandı

Biləsuvarda AĞIR QƏZA: 3 nəfər yaralandı

Biləsuvarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralında Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Hyundai" markalı minik avtomobilinin toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Onlar 1997-ci il təvəllüdlü Beyləqan rayon sakini, Məhər Qurban oğlu Kərimov, Binəqədi rayon sakinləri 1999-cu il təvəllüdlü Balaş Yaşar oğlu Mustafayev və 1999-cu il təvəllüdlü Elşən Natiq oğlu Mustafalıdır. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.