Biləsuvarda sürücü sükan arxasında ölüb.
NOCOMMENT.az-ın Cənub Bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Niva" markalı avtomobilin sürücüsü 1960-ci il təvəllüdlü Əlizadə Əliyev idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi şor kollektoruna düşüb. İlkin məlumata görə, Ə.Əliyev sükan arxasında ürək tutmasından vəfat edib.
Qeyd edək ki, o, rayonda fəaliyyət göstərən pambıq şirkətlərinin birində aqronom çalışırmış.
Faktla bağlı araşdırma başlanılıb.












