"Qarabağ"dan ayrıldı, bu kluba keçdi

"Qarabağ"dan ayrıldı, bu kluba keçdi

“Qarabağ”ın sabiq futbolçusu Emmanuel Addaininin yeni komandası müəyyənləşib.

Belçikanın yüksək liqa təmsilçisi “OH Leuven” klubu 24 yaşlı qanalı cinah hücumçusu heyətinə qatdığını açıqlayıb.

Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Addai 2024-26-cı illərdə “Qarabağ”da oynayıb. Bu yay onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.