24.05. 2026
23:21
Bakı Bulvarı ərazisində (gəmi dayanacağı yaxınlığında) azyaşlı uşaq itib. Bulvarda gəzişən vətəndaşların diqqətini çəkən uşağın xarici ölkə vətəndaşı olduğu ehtimal edilir.
NOCOMMENT.az xəbər verir ki, azyaşlı danışa bilmir, sadəcə "mami" (ana) sözünü təkrarlayır. Uşağı tapan şəxslər onun valideynlərinin axtarılması üçün aidiyyəti üzrə müraciət ediblər.
Fotodakı uşağı tanıyanlardan və ya valideynləri barədə məlumatı olanlardan dərhal polisə və ya bulvar mühafizəsinə xəbər vermələri xahiş olunur.
***
Dünən axşam Dənizkənarı Milli Park ərazisində itkin düşən azyaşlı qızın yaxınları tapılıb.
NOCOMMENT.az xəbər verir ki, gəzinti gəmisinin yaxınlığında tapılan azyaşlı qızın valideynləri DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Dəniz Vağzalı Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
Azyaşlı qız ailəsinə təhvil verilib.
Sara,
NOCOMMENT.az












