44 günlük Vətən müharibəsinin iştirakçısı Rusiya-Ukrayna müharibəsində həlak oldu – FOTO

44 günlük Vətən müharibəsinin iştirakçısı Rusiya-Ukrayna müharibəsində həlak oldu – FOTO

Daha bir Azərbaycan vətəndaşının Rusiya-Ukrayna müharibəsində həlak olduğu məlum olub. 

NOCOMMENT.az -ın əldə etdiyi məlumata görə, Ağdam rayon sakini 1994-cü il təvəllüdlü Quliyev Nicat Telman oğlu Ukrayna-Rusiya savaşında həyatını itirib.

Q.Nicatdan uzun müddətdir xəbər ala bilinməyib. Sonradan onun Rusiya Ukrayna arasında gedən döyüşlər öldüyü bilinib.

Qeyd edək ki, Quliyev Nicat 44 günlük Vətən müharibəsinin iştirakçılarından olub.