Venesuelada 4,8 bal gücündə zəlzələ baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentrinin Aragua ştatındakı El Limon şəhərindən 35 kilometr şimal-şərqdə olduğunu bildirilib.
Açıqlamada zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi deyilir.
Qeyd edək ki, iyunun 24-də axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb.











