Daşkəsəndə avtomobil aşıb, sürücü xəsarət alıb

Daşkəsəndə avtomobil aşıb, sürücü xəsarət alıb

Daşkəsəndə yol qəzası olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə hadisə Gəncə-Daşkəsən yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan Niva markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü 1993-cü il təvəllüdlü Zaur Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.