Keçən həftə Balakən rayonunda baş verən ağır yol qəzasında vəfat edən 26 yaşlı Günay İsmayılova barəsində yeni məlumatlar yayılıb.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, Balakənin Hənifə kəndindən olan G.İsmayılova voleybolçu olub və Bakıda yaşayırmış. O, hadisə baş verərkən Bakıdan yaxınlarının yaşadığı rayona gedibmiş.












