“Qurd dərəsi” yaşayış massivində evinə müşahidə kamerası quraşdırarkən faciəvi şəkildə həlak olan kişi təhsil işçisi imiş.
NOCOMMENT.az xəbər verir ki, News24.az-ın məlumatına görə, Seymur Adıgözəlov Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Texniki Təbiət Elmləri Liseyində idman müəllimi işləyirdi.
Xatırladaq ki, 62 yaşlı Seymur Adıgözəlov yaşadığı evdə müşahidə kamerası quraşdırmaq istəyərkən ikinci mərtəbədən yıxılaraq ölüb.












