Fəhlə iş zamanı yanıb

Fəhlə iş zamanı yanıb

Sumqayıtda fəhlə iş zamanı yanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə “Tuqzavod” adlanan ərazidə yerləşən zavodda qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Şiriyev Hamlet Elxan oğlu müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb.

H. Şiriyev xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.