Rusiyada sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Rusiyada sürücü ana və iki uşağını vurdu - 3 yaşlı uşaq həlak oldu

Rusiyanın Kalininqrad şəhərində sərxoş sürücü ana və iki azyaşlı uşağını vurub. Hadisə nəticəsində 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, faciə Pribrejni rayonunun Zavodskaya küçəsində baş verib. Uşağın bir yaşlı bacısı təcili xəstəxanaya çatdırılıb.

Hadisə zamanı uşaqların yanında olan ana da ciddi xəsarət alıb. Lakin o, övladının ölümü ilə bağlı yaşadığı ağır şok səbəbindən xəstəxanaya getməkdən imtina edib. Hazırda hadisə yerində həkimlər və psixoloqlar qadınla işləyirlər.


Vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, qəzaya səbəb olan sürücü sərxoş vəziyyətdə olub. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, oxşar faciəli hadisə bu yaxınlarda Moskva vilayətinin Zaraysk bələdiyyə dairəsində də baş verib. "Audi" markalı avtomobili idarə edən qadın qarşıdan gələn zolağa çıxaraq reys avtobusu ilə toqquşub. Nəticədə 6 yaşlı uşaq həlak olub.