Daşkəsən rayon sakini olan azyaşlı xəstəxanada dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, 1.5 yaşlı D.Murquzova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına çatdırılıb.
Həkimlərin göstərdiyi zəruri tibbi müdaxilələrə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, uşaq tibb müəssisəsinə gətirilən zaman yüksək hərarətdən əziyyət çəkib./Teleqraf/












