Gəncədə bıçaqlanan 15 yaşlı yeniyetmənin SON VƏZİYYƏTİ açıqlandı

Gəncədə bıçaqlanan 15 yaşlı yeniyetmənin SON VƏZİYYƏTİ açıqlandı

Gəncə şəhərində bıçaqlandığı ehtimal edilən yeniyetmənin son vəziyyəti açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 5-i, saat 18:40-da 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol kürək və bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası (daxilə keçməyən) diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

“Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.

09:40

Gəncə şəhərində yeniyetməni bıçaqladığı ehtimal edilən şəxs müəyyən edilərək saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, 15 yaşlı yeniyetməni öz sinif yoldaşı bıçaqlayıbmış.

İyunun 5-də yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü şəxsin kəsici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü R.İ. saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.