15:26
Gəncədə qəza olub.
NOCOMMENT.az qərb bürosunun məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.Hərəktədə olan “VAZ “ilə digər minik maşını toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər 2009-cu il təvəllüdlü S.Paşayev,2007-ci il təvəllüdlü S.Əliyev və 1994-cü il təvəllüdlü T.Muradovadır.
Xəsarət alanlar Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.













