Hacıqabulda zəncirvari yol qəzası olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, rayonun Qarasu kəndi ərazisində baş verən yol qəzası zamanı hərəkətdə olan yük maşını aşaraq iki mikroavtobusa çırpılıb.
Qəza nəticəsində Türkiyə vətəndaşları – 1980-ci il təvəllüdlü Verdiyeva Cəmilə, 2014-cü il təvəllüdlü Saraçoğlu Ezgisu, 1999-cu il təvəllüdlü Süzen Elis, 1995-ci il təvəllüdlü Alparslan Ferhad, Bakı şəhər sakinləri – 2007-ci il təvəllüdlü Hüseynov Həsən Nurəddin oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Mətanət Muradil qızı, Gəncə şəhər sakinləri – 2006-cı il təvəllüdlü Verdiyeva C. Vüqar qızı, 1957-ci il təvəllüdlü Qurbanova Fərəncam Adil qızı və Verdiyev Hüseyn Vüqar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Türkiyə vətəndaşları xəstəxanaya yerləşdirilib. Qalanları ambulator müalicəyə göndərilib.











