Xəbər verdiyimiz kimi, ötən gün İmişli sakini həmyerlisi tərəfindən odlu silahla güllələnərək öldürülüb.
NOCOMMENT.az Unikal.az-a istinadən xəbər verir ki, 47 yaşlı Səxavət Qəhrəmanovu 33 yaşlı Elşən Hüseynov ov tüfəngi ilə qətlə yetirib.
Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən E.Hüseynov saxlanılıb, ondan ov tüfəngi götürülüb.












