Kəlbəcərdə faciə - Hərbi qulluqçumuz həyatını itirdi - VİDEO

Kəlbəcərdə faciə - Hərbi qulluqçumuz həyatını itirdi - VİDEO

Kəlbəcər rayonunda faciəli hadisə baş verib.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, hadisə Ömər aşırımı istiqamətində qeydə alınıb. Yardımlı rayonunun Zevin kəndindən olan Azərbaycan Ordusunun giziri Rəcəb Məmmədli xidmət zamanı həlak olub.

İddialara əsasən, əsgərlərdən biri yıxıldıqdan sonra gizir Rəcəb Məmmədli ona kömək etmək üçün müdaxilə edib. Bu zaman baş verən hadisə nəticəsində hərbçimiz həyatını itirib. İlkin ehtimallara görə, ərazidə qar uçqunu və sərt hava şəraitinin faciəyə səbəb olduğu bildirilir.


Şəhidimizin nəşi doğulduğu Yardımlı rayonunda izdihamla torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı da mərasimə qatılıb.

Mərasim zamanı şəhid gizir Rəcəb Məmmədlinin atasına Azərbaycanın üçrəngli dövlət bayrağı təqdim olunub. Bu an mərasim iştirakçıları tərəfindən böyük hüznlə qarşılanıb.


Qeyd edək ki, Ömər aşırımı ölkənin ən çətin və təhlükəli dağlıq istiqamətlərindən biri hesab olunur. Xüsusilə sərt hava şəraitində burada xidmət aparmaq ciddi risklər yaradır.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin.