Masallıda zibil poliqonundan başlanan yanğın magistrala çatıb

Masallıda zibil poliqonundan başlanan yanğın magistrala çatıb

Masallıda zibil poliqonunda yanğın geniş ərazini əhatə edib.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə 2 gün bundan əvvəl Masallıda zibil poliqonunda başlanan yanğın artıq yeni Ələt-Astara magistralının 136-km-ə çatıb. Alov və tüstünü magistralın 10-15 metrliyindən görmək mümkündür. Tüstü magistralda hərəkət edən avtomobillər üçün də problem yaradır.

Qeyd edək ki, zibil poliqonunda yanğın avqustun 1-dən başlayıb.