Mərdəkanda  xəstəxanada yanğın: Xəstələr və həkimlər təxliyə olundu - VİDEO

Mərdəkanda xəstəxanada yanğın: Xəstələr və həkimlər təxliyə olundu - VİDEO

Mərdəkanda səhiyyə müəssisələrindən birində həyəcanlı anlar yaşanıb. Tibb müəssisəsində qeydə alınan yanğın hadisəsi səbəbindən kütləvi təxliyə işləri həyata keçirilib.

NOCOMMENT.az xəbər verir ki, hadisə 26 nömrəli xəstəxanada baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın xəstəxana binasının 4-cü mərtəbəsində meydana gəlib. Hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə məlumat verilib və nazirliyin yanğınsöndürən briqandaları operativ şəkildə əraziyə cəlb edilib.

Alovun genişlənmə ehtimalı və yaranan tüstü dumanı səbəbindən binada olan həkim personalı və xəstələr təhlükəsizlik məqsədilə dərhal xəstəxanadan təxliyə olunublar. FHN əməkdaşlarının çevik müdaxiləsi sayəsində yanğın qısa zaman ərzində tamamilə söndürülüb və alovun digər mərtəbələrə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində hər hansı bir xəsarət alan və ya zərərçəkən olmayıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.