Bu gün Ağdamda minaya düşən ANAMA əməkdaşı Zaur Mahmudov Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib.
NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, ona tibbi yardım göstərilib.
Sol ayağının dabanından xəsarət alan ANAMA əməkdaşının huşu yerindədir.
Qeyd edək ki, Zaur Mahmudov Qazax rayonundandır və üç ildən artıqdır ANAMA-da çalışır.












