İran İslam Respublikasında müqəddəs Qədir-Xum bayramı münasibətilə irimiqyaslı əfv qərarı qəbul edilib. Ölkənin Ali Lideri minlərlə məhbusun cəzasının ləğv olunması və ya azaldılması ilə bağlı sərəncam imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə qərar ölkənin məhkəmə hakimiyyəti rəhbərinin rəsmi müraciətindən sonra qüvvəyə minib.
Ali Liderin mətbuat xidmətinin yaydığı rəsmi bəyanata əsasən, əfv və cəzanın yüngülləşdirilməsi barədə addım ümumilikdə iki min məhkuma şamil ediləcək.
Qurumun "Telegram" kanalında paylaşılan rəsmi məlumatda qeyd olunur:
"Ali rəhbər ayətullah Müctəba Xamenei Qədir-Xum bayramı ərəfəsində məhkəmə hakimiyyəti rəhbərinin təqdim etdiyi müraciəti müsbət qiymətləndirərək, 2 min məhkumun əfv olunması və ya cəza müddətlərinin azaldılması ilə bağlı xahişini təmin edib".
Qeyd edək ki, İranda mühüm dini günlər və rəsmi bayramlar zamanı məhbusların cəmiyyətə yenidən inteqrasiyası məqsədilə bu cür amnistiya qərarlarının verilməsi mütəmadi xarakter daşıyır.
Sara,
NOCOMMENT.az











