Motosikletlə avtomobil TOQQUŞDU

Motosikletlə avtomobil TOQQUŞDU

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Qurbanov Elşən Məzahir oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobillə toqquşub.

Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.