Naxçıvanda qəza oldu - Yaralılar var + FOTOLAR

Naxçıvanda qəza oldu - Yaralılar var + FOTOLAR

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Babək rayonunun Şıxmahmud kəndi ərazisində qeydə alınıb. Belə ki, “71-BB-807” və “67-BF-127” dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində Amid Cəfərov və İsgəndər Hüseynov xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.(Unikal)