Polkovnikin cinayət işi ilə bağlı VACİB XƏBƏR

Polkovnikin cinayət işi ilə bağlı VACİB XƏBƏR

Müdafiə Nazirliyinin Tibb İdarəsinin sabiq rəis müavini, polkovnik Oktay Babayevin cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub.

NOCOMMENT.az xəbər verir ki, proses iyunun 24-də Bakı Hərbi Məhkəməsində keçiriləcək. İşə hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, prosesin təxirə salınmasına səbəb məhkəmədə dindirilən şahid polkovnik-leytenant Kamil Cəlilovun əvvəlki ifadələri ilə müəyyən ziddiyyətlərin olması olub.

Xatırladaq ki, O.Babayevə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq-qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bildirək ki, Oktay Babayevin Naxçıvandakı fəaliyyəti ilə bağlı da yeni iddialar ortaya çıxıb.

Şikayətçinin Bakıvaxtı.az-a verdiyi məlumata görə, sabiq hərbi qulluqçu Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunda Hərbi Polis İdarəsinin rəisi vəzifəsində çalışdığı dövrdə əsgərlərə qarşı fiziki və psixoloji təzyiq göstərib.

İddialarda həmçinin hərbi qulluqçuların müəyyən məbləğ qarşılığında bir xidmət yerindən digərinə təyinat almasına vasitəçilik etdiyi də qeyd olunur./Bakıvaxtı.az/