Sabirabad rayonunda 59 yaşlı kişini elektrik cərəyanı vurub.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayon ərazisindəki fərdi yaşayış evinin həyətində baş verib. Rayon sakini, 1967-ci il təvəllüdlü Rafət Sabir oğlu Xancanov həyətində işləyərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.











