Sabunçuda 18 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib

Sabunçuda 18 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib

İyunun 14-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən apa-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcəkdir.