Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk dəfə Rusiyaya işgüzar səfərə yola düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Paşinyan 6-9 iyul tarixlərində Yekaterinburqda keçirilən "İNNOPROM-2026" beynəlxalq sənaye sərgisində iştirak edəcək. Səfər çərçivəsində Baş nazirin "Sənaye 360. Sərhədsiz istehsal" mövzusunda keçiriləcək plenar iclasda çıxış etməsi və Rusiya hökumətinin başçısı Mixail Mişustinlə ikitərəfli görüşü planlaşdırılır.
Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyanın bu sərgidə iştirak edəcəyi barədə xəbərlər yayılsa da, daha sonra onun adı dəvət olunan spikerlərin siyahısından çıxarılmışdı.
Əli Səfərli, NOCOMMENT.az











