Samuxda 15 yaşlı velosipedçini avtomobil vurub

Samuxda 15 yaşlı velosipedçini avtomobil vurub

Samuxda yol qəzası olub.

NOCOMMENT.az qərb bürosunun məlumatına görə hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. Belə ki kənd sakini 2010-cu il təvəllüdlü Ruhin Əliyev velosiped ilə hərəkətdə olan zaman avtomobil vurub. Yeniyetmə oğlan xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə zamanı Salyan rayon sakini 1988 -ci il təvəllüdlü Əliyar Ağagül oğlu Əzizov qulağın arxa səthinin çoxsaylı əzilmiş-didilmiş yarası, alt çənənin açıq yarası ilə, 1962-ci il təvəllüdlü Salyan rayon sakini Səfər Əvəz oğlu Əzizov sağ döş qəfəsinin qapalı travması və qabırğa sınığı ilə rayon xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır