Şəki şəhərində ötən gecə müşahidə olunan intensiv leysan yağışları nəticəsində küçələrdə hərəkət çətinləşib.
NOCOMMENT.az xəbər verir ki, yayılan görüntülərdə şəhərin Pişəvəri küçəsində yağış sularının yaratdığı fəsadlar əks olunub.
Şiddətli yağış nəticəsində yol infrastrukturunun su altında qaldığı və sürücülər, eləcə də piyadalar üçün təhlükəli vəziyyət yarandığı müşahidə edilir.
Hazırda ərazidəki vəziyyətlə bağlı aidiyyəti qurumlardan rəsmi məlumat verilməyib.
Sara,












