Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirilib ki, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində aşırıb. Nəticədə o hadisə yerinə həyatını itirib. Araşdırma aparılır.
***
20.19
Şirvanda ölümlə nəticələnən yol qəzası baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, “Volkswagen Touareg” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində avtomobil yanıb və sürücü hadisə yerində həlak olub.












