Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə və alternativ qayğı siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov vəzifəsindən azad olunub.
NOCOMMENT.az-ın məlumatına görə, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.
Onun digər dövlət qurumunda başqa işə keçməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu bildirilir.
Qeyd edək ki, F.Ələkbərov 2019-cu ildən bu vəzifədən çalışırdı.(iqtisadiyyat.az)












