Sumqayıt şəhər sakini 44 gündür itkin düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə report-un yerli bürosuna Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsindən məlumat verilib.
Qeyd olunub ki, 2024-cü il aprelin 30-da Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev Yaşıldərə yaşayış massivində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
O evdən çıxarkən əynində qara idman şalvarı, qara köynək və ayağında qara rəngdə idman ayaqqabısı olub.












