Sumqayıtda 41 yaşlı qadının meyiti evində tapıldı

Sumqayıtda 41 yaşlı qadının meyiti evində tapıldı

Sumqayıtda qadın meyiti aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.

İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Natella Ağabəy qızı Sayadovanın meyiti yaşadığı evdə aşkar edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbi və digər təfərrüatlar araşdırmanın gedişində müəyyənləşdiriləcək./teleqraf