Sumqayıtda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 2003-cü il təvəllüdlü Zakir İbrahimli, 2003-cü il təvəllüdlü Leyla Maluni və 1999-cu il təvəllüdlü İlkin Qurbanov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (Report)












