Sumqayıtda "Al market"in tavanı çökdü - VİDEO

Sumqayıtda "Al market"in tavanı çökdü - VİDEO

Sumqayıtda fəaliyyət göstərən “Al Market” mağazalarından birində tavanın çökməsi ilə nəticələnən hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə ötən gün şəhər ərazisində müşahidə olunan intensiv yağışlar zamanı qeydə alınıb.

Yağıntının təsirindən mağazanın tavan hissəsinin bir hissəsi uçaraq satış zalına dağılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə mağazanın içərisinin su ilə dolduğu, tavan konstruksiyasının isə çökdüyü aydın görünür.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bununla belə, mağazada maddi ziyanın yarandığı bildirilir.

Qeyd edək ki, ötən gün Sumqayıtda müşahidə olunan güclü leysan bir sıra ərazilərdə ciddi problemlərə səbəb olub, bəzi küçə və obyektləri su basıb.

NOCOMMENT.az