Sumqayıtda “Lexus” aşdı: Sürücü ÖLDÜ

Sumqayıtda “Lexus” aşdı: Sürücü ÖLDÜ

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən sürücünün kimliyi məlum olub.

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Sumqayıt şəhəri Səməd Vurğun küçəsində “Lexus” markalı avtomobilin yolun kənarına aşması nəticəsində həyatını itirən 1991-ci il təvəllüdlü Elşad Məhəmmədəli oğlu Musayevdir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.