Sumqayıtda zavodun yaxınlığında kişi meyiti tapılıb

Sumqayıtda zavodun yaxınlığında kişi meyiti tapılıb

Sumqayıt şəhərində yerləşən zavodlardan birinin yaxınlığında naməlum kişi meyiti tapılıb.

NOCOMMENT.az-ın Sumqayıt bürosuxəbər verir ki, aparılan ilkin araşdırmalar nəticəsində mərhumun 1987-ci il təvəllüdlü Qələmov İlqar Qəzənfər oğlu olduğu müəyyən edilib.

Meyit müvafiq qurumlara təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.