Sumqayıtda zəncirvari qəza oldu

Sumqayıtda zəncirvari qəza oldu

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

“Toyota Prius”, “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.