Azərbaycanda tanınmış iş adamına ağır itki üz verib. Ölkənin iri tikinti şirkətlərindən biri olan “Körpü-Bina-Tikinti” (KBT) MMC-nin Müşahidə Şurasının sədri Xəlil Göyüşovun anası Pəri xanım dünyasını dəyişib.
NOCOMMENT.az xəbər verir ki, tanınmış iş adamının anasının vəfatı barədə yaxınları məlumat yayıb. Mərhumun ölüm səbəbi barədə hələlik hər hansı bir açıqlama verilməyib.
Qeyd edək ki, Xəlil Göyüşovun rəhbərlik etdiyi “Körpü-Bina-Tikinti” şirkəti ölkədə bir çox irimiqyaslı infrastruktur, yol, körpü və bina tikintisi layihələrinin icraçısı kimi tanınır.
Allah rəhmət eləsin!













