Tovuzda 4 nəfər pendirdən zəhərləndi – Yenilənib

Tovuzda 4 nəfər pendirdən zəhərləndi – Yenilənib

16.11.2025-ci il tarixində saat 16:00 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (2-si kişi, 2-si qadın olmaqla) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən NOCOMMENT.az -a məlumat verilib.

Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***16:30     16.11.2025

Tovuzda bir ailənin 4 üzvi pendirdən zəhərlənib.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə rayon sakinləri 1986-cı il təvəllüdlü R.Əmədli1989-cu il təvəllüdlü V.Əhmədli,ailənin övladları 2010-cu il təvəllüdlü D.Əhmədli və 2013-cü il təvəllüdlü B.Əhmədli zəhərlənmə diaqnozu ilə Tovuz rayon mərkəzi xəstəxanasına yeləşdirilib.Dərhal onlara yardım edilib,vəziyyətlərinin kafi olduğu bildirilir.İlkin məlumata görə zəhərlənən şəxslər yaşadıqları evdə pendir yedikdən sonra zəhərləniblər.

Hadisə yerinə AQTA əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır