Türkiyənin İzmit Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində barələrində bu səhər saxlanılma qərarı verilmiş şübhəlilərin tutulması üçün əməliyyat keçirilib.
NOCOMMENT.az xəbər verir ki, əməliyyat zamanı İzmit Bələdiyyə Başçısı Fatma Kaplan Hürriyət və onun əri Murat Hürriyət saxlanılıb.
Bundan əlavə, 31 şübhəlidən 28-i tutulub.
Alınan məlumata görə, polis qrupları səhər saatlarında istintaq çərçivəsində İzmit Bələdiyyə binasına daxil olaraq içəridə yoxlama və axtarış əməliyyatlarına başlayıblar.
Həmçinin polis bələdiyyə sədrinin evində axtarış aparmağa başlayıb.
Prokurorluğun açıqlamasında qeyd olunub ki, İzmit Bələdiyyəsi tərəfindən təşkil edilən tenderlərdə qalib firmaların və təklif təqdim edən firmaların bələdiyyə rəsmiləri ilə qohumluq əlaqələrinin olması, bələdiyyə ilə iş görən firmalardan komissiya adı altında pul alınması və bələdiyyə sədrinin həyat yoldaşının tender prosesləri, kadr seçimi və kadr qərarları ilə birbaşa əlaqəsi olduğu aşkar edilmiş faktlar əsasında hüquqi proseslər başlanılıb./Unikal/












