Ucarda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyada elektrik yarımstansiyasında güclü yanğın olub, bir sıra kəndlər işıqsız qalıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə Müsüslü kəndində yerləşən yarımstansiyada qeydə alınıb.
Belə ki, saat 07:40 radələrində stansiyada yerləşən transformatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə Müsüslü, Təzə Şilyan, Bərgüşad, Qaracallı, Pirkənd, Küçəkənd, habelə Göyçayın Alpout və Bəydövül kəndləri işıqsız qalıb.












