Xırdalanda yol-nəqliyyat hadisəsi olub.
NOCOMMENT.az -ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Sumqayıt magistralının Xırdalandan keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “TIR”, “ATEKO” markalı yük maşınları ilə minik maşını toqquşub. Toqquşmadan sonra yük maşınları yol kənarındakı dəmir arakəsməyə çırpılıb.
Qəza nəticəsində “ATEKO” deformasiya uğrayıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma araşdırma aparılır.













