Yol qəzasında polis nəfəri həyatını itirib – FOTO

Yol qəzasında polis nəfəri həyatını itirib – FOTO

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.

BMW markalı avtomobillə “Toyota” markalı avtomobilin toqquşması nəticəsində BMW-də sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü İlqar Mirzə oğlu Sadıqov ölüb. 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.